http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Duzlu balıq alarkən nələrə diqqət etmək lazımdır?

07 İyun 2024 , 13:41
Duzlu balıq alarkən nələrə diqqət etmək lazımdır?

“Yayda duzlu balıq, təzə balıqdan çox satılır. Amma saxlama şəraitinə əməl edilməməsi ölümə səbəb ola bilər”.

Bunu “Operativ Media”ya açıqlamasında balıqçılıq üzrə mütəxəssis İlkin Novruzov deyib.

İlkin Novruzov deyir ki, duzlu balığı qapalı və saxlanma şəraiti münasib olan mağazalardan almaq lazımdır. Açıq havada, yol kənarında satılan balıqların riski çoxdur:

"Yay mövsümünə keçdiyimizə görə duzlu balıqları yeni-yeni alıb yemək lazımdır. Parlaqlığına fıkir vermək lazımdı, çox yumşaq olmalı deyil. Duzlu balığın  öz dadı və qoxusu var. Bir də hisə verilmiş balıqları alanda əmin olmasanız, onun istehsal tarixi və məhsul haqqında məlumatı soruşub ala bilərsiniz. Balıqlar soyuq şəraitdə saxlanmalıdır. Açıqda, taxtanın üstündə, günün altında, piştaxtalarda, plyonkaların üstündə qətiyyən saxlamaq olmaz. Aldığımız zaman balığın ətinin bərkliyinə diqqət etməliyik”.

İlkin Novruzovun sözlərinə görə, bazarlarda demək olar ki, satışda olan hisə verilmiş balıqların hər birinin mənşə sertifikatı var. Sadəcə olaraq əksər satıcı saxlanma şəraitinə əməl etmir:

“Əsas burda hisə verilmə müddətində qaydalara əməl etməkdir. Çünki, hisə verilmə müddətində balıq nə qurumalıdır, nə də çiy olmalıdır. Əvvəllər kim haradan gəldi alırdı. İndi isə alıb-satmaq üçün mütləq sertifikat tələb olunur. İxtisaslaşmış sexlərin isə sertfikatları var. Amma satan adam alır gətirir atır kardon kağızın üstünə. Nə temperatur gözlənir, nə saxlanma şəraiti. Bəzi satıcılar isə bu balıqları dondurucuda saxlayır. Əslində o da düzgün deyil”.

Qeyd edək ki, balıqların qiyməti isə növünə və ölçüsünə görə dəyişir. Daha çox alınan xəşəm, çapaq, kütüm və sazan balıqlarıdır. Xəşəm 7-10 manat arası, kütüm və sazan isə 11-15 manat arası satılır. Ən baha balıq isə Nərə balığıdır. Hisə verilmiş nərə balığının kilosu 100 manatadır.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu