http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AQTA dönərxanalarla bağlı nəzarət tədbirlərini gücləndirib

07 İyun 2024 , 15:01
AQTA dönərxanalarla bağlı nəzarət tədbirlərini gücləndirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir.

Agentlikdəbn "Operativ Media"ya verilən məlumata görə, ölkəyə idxal olunan və ölkədə istehsal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir və Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunur. Yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, qanunamüvafiq tədbirlər görülür.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və dönər satışı müəssisələrinə nəzarət daha da genişləndirilib. Bu çərçivədə 2024-cü il 13 may tarixindən etibarən 250 dönər satışı həyata keçirilən qida obyektində monitorinqlər keçirilib. Monitorinqlər zamanı qida obyektlərinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qiymətləndirilib. müəssisədə vəziyyət qənaətbəxş hesab olunub, 249 müəssisədə isə bir sıra nöqsanlar aşkarlanıb.

Monitorinqlər zamanı əsasən aşağıdakı uyğunsuzluqlar aşkarlanıb:

- müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi və qida təhlükəsizliyi reyestrinə daxil edilməməsi;

- texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi;

- qida obyektinə qəbul edilmiş xammalların giriş nəzarətinin (müşayiətedici sənəd, orqanoleptiki baxış, temperatur rejimi, baytarlıq arayışı və s.) həyata keçirilməməsi;

 - temperatur rejiminə əməl olunmaması;

- yararlılıq müddəti ötmüş xammalın istifadəsinə yol verilməsi;

- dondurulmuş qida məhsullarının donunun açılması (defrostasiya) prosedurunun tələblərə uyğun həyata keçirilməməsi;

- çiy dönər ətinin hazırlanmasında istifadə olunan ətlərin baytarlıq-sanitariya ekspertizasından keçməsini təsdiq edən müvafiq sənədlərlə təmin edilməməsi;

- çiy dönər emalının sanitar-gigiyenik tələblərə uyğun, texnoloji proseslərin icrası üçün lazım olan avadanlıq və inventarla təchiz olunmuş ayrıca sahədə həyata keçirilməməsi;

- tədarük olunan çiy dönərin istehsalçı və emalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmaması;

- istifadə olunan xammalların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərlə müşayiət olunmaması;

- işçilər tərəfindən gigiyena qaydalarına tam riayət edilməməsi;

- işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi və tibbi arayışlarla tam təmin olunmaması;

- müəssisənin hər zaman istifadəyə hazır, yetərli miqdarda içməli su sistemləri ilə təchiz olunmaması;

- müəssisədə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməməsi;

- qida ilə təmasda olan materialların müvafiq müşayiətedici sənədlərinin olmaması.

Monitorinqlər çərçivəsində 203 müəssisədə 214 toyuq əti və 71 mal əti olmaqla, ümumilikdə 285 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində 47 müəssisədən götürülmüş 46 toyuq və 16 mal əti olmaqla, ümumilikdə 62 dönər nümunəsində E.Coli və 1 müəssisədən götürülmüş 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası aşkarlanıb.

152 müəssisədə götürülən 207 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkarlanmayıb. Digər nümunələrin laborator müayinələri davam etdirilir.

Eyni zamanda sınaq nəticəsi uyğunsuz çıxan qida obyektlərində yoxlama aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Yoxlamaların Vahid Məlumat Reyestri”ndən ümumillikdə 30 çıxarış alınıb.

Aşkarlanmış nöqsanlarla bağlı 23 müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanıb ki, bununla əlaqədar 10 müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, 5 müəssisədə isə işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.

Vətəndaşlarda istehlak etdikləri məhsullarla bağlı şübhə yarandıqda, eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

OXŞAR XƏBƏRLƏR
“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

SABAH qrupları növbəti tədris ilində bakalvriat səviyyəsi üzrə müəllimlərin işə qəbulunu elan edib

SABAH qrupları növbəti tədris ilində bakalvriat səviyyəsi üzrə müəllimlərin işə qəbulunu elan edib

Paytaxt əhalisinə 3 milyard manatlıq ödənişli xidmət göstərilib

Paytaxt əhalisinə 3 milyard manatlıq ödənişli xidmət göstərilib

XƏBƏR LENTİ
  • 18:06

    “Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək
  • 17:45

    "Turan Tovuz" rusiyalı qapıçı ilə gücləndi
  • 17:44

    ABŞ və Çin arasında qarşılıqlı ticarət azalıb
  • 17:37

    SABAH qrupları növbəti tədris ilində bakalvriat səviyyəsi üzrə müəllimlərin işə qəbulunu elan edib
  • 17:35

    Paytaxt əhalisinə 3 milyard manatlıq ödənişli xidmət göstərilib
  • 17:28

    Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb
  • 17:14

    Türkiyə və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub
    Türkiyə və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub
  • 17:12

    Yardımlıda 1 tondan artıq xaş-xaş kolu məhv edilib 
Menyu