http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

8 noyabr prospektində təmir işləri layihəyə uyğun icra olunmur?

07 İyun 2024 , 15:17
8 noyabr prospektində təmir işləri layihəyə uyğun icra olunmur?
İnsan Yönümlü Şəhərlər

“8 noyabr prospektinin lahiyəsində dəyişiklik olub. Böyük ehtimal orada velosiped zolağı və bufer zona olmayacaq”.

Bunu “Operativ Media”ya açıqlamasında urbanist bloger İlkin Babayev deyib. 

İlkin Babayevin sözlərinə görə, layihənin bu formada icrası problemlərə səbəb olacaq:

“Bildiyimiz kimi 8 noyabr prospektində əsaslı yenidən qurma işləri həyata  keçirilir. Prospektin lahiyəsi AYNA tərəfindən hazırlanmış eni 3 m 10 sm olan 4 hərəkət zolağı nəzərdə tutulub. Yerdə qalan en kəsiyi isə piyadaların velosipedçilərin və bufer zona üçün nəzərdə tutulub. Yolun üzü Zığa gedən tərəf hissəsində səki genişlənib, velosiped yolu salınıb, bufer zona qurulub. Ancaq Amay Ticarət Mərkəzi tərəf hissəsində artıq səki daşları qurulub. Bu da onu deməyə əsas verir ki, lahiyədə dəyişiklik olub. Böyük ehtimal orada velosiped zolağı və bufer zona olmayacaq. Lahiyənin bu formada o problemlərə gətirib çıxaracaq ki, piyadalar və velosipedçilər üçün nəzərdə tutulan yol tam kəsintisiz olmayacaq. Zolaq olan hissədə hərəkət edənlər artıq o əraziyə çatdıqda maşın yolu ilə irəliləməli olacaqlar. Nəzərə alsaq ki, həmin ərazidə yerləşən  Asan Xidmət binasının qarşısında parkinq ərazisi də var, bu da təhlükəli vəziyyətin daha da artmasına gətirib çıxarır. Ümumiyyətlə bu hadisələr niyə icradan əvvəl müzakirə edilmir? Çünki, bizim yerli idarəetmə orqanımız və bələdiyyələrimiz yoxdur. Bütün bunlar şəhər bələddiyəsində müzakirə edilməlidir”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Operativ Media"nın sorğusuna cavab olaraq bildiriibi ki, "8 Noyabr” prospekti boyunca, prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Ramiz Quliyev küçəsi ilə kəsişməsinədək və əks istiqamətdə velosiped yollarının salınması layihələndirilib və aidiyyəti qurum tərəfindən icrası həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu