http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Avrasiyanın Arteriyaları" adlı kitabının təqdimat mərasimi keçirilib

06 İyun 2024 , 16:50
"Avrasiyanın Arteriyaları" adlı kitabının təqdimat mərasimi keçirilib

Bu gün tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun cənab Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr etdiyi Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqında yazdığı və materikin 30-dan çox dəhlizini əhatə edən “Avrasiyanın Arteriyaları” adlı kitabının Azərbaycan Dövlət İqtisad Universitetində ictimaiyət üçün təqdimat mərasimi keçirilmişdir. 

"Operativ Media" xəbər verir ki, təqdimatda İqtisad Universitetinin rəhbərliyi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış politoloqlar, iqtisadçı ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak etmişdir.

Tədbirdə çıxış edənlər ölkə rəhbərinin dəhliz strategiyasının bütün kompanentləri ilə ictimaiyyətə təqdim edilməsi baxımından bu kitabın böyük əhəmiyyətindən danışmışlar.
Eyni zamanda bildirilmişdir ki, kitabda Ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin qlobal geosiyasətin əsas kompanentinə necə çevrildiyinin detalları kitabın müəllifi tərəfindən incəliklə təqdim edilmişdir.
Həmçinin, çixış edənlər kitabın ciddi əhəmiyyətindən və maarifləndirmə işlərində oynayacağı roldan danışmış, dəhlizlərin texniki-iqtisadi və digər göstəricilərinin dəqiq ifadə edildiyinə görə onun ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilə biləcəyini vurğulamışlar.
Tədbirdə iştirak edən natiqlər 30-dan artıq dəhlizə dair məlumatların, təhlil və proqnozların bir kitabda öz əksini tapmasının nadir hal olduğunu bildirmişlər

Qeyd edək ki, “Avrasiyanın Arteriyaları”  kitabında müəllif tərəfindən ABŞ, Rusiya, Çin və digər dünya nəhənglərinin Avrasiyanın dəhlizləri uğurunda apardığı mübarizə və bu mübarizənin yaratdığı münaqişələr, onların təzyiqi ilə məhv edilən və məhvi planlaşdırılan dəhlizlər haqqında, eləcə də onların gələcəyinə dair təhlil və proqnozlar verilmişdir.
Həmçinin Avrasiya materikinin 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin tarixi, marşrutları, texniki-iqtisadi parametrləri və onların gələcəyinə dair geniş təhlillər öz əksini tapmışdır. 

Kitabın region ölkələri və Avropa oxucuları üçün də maraq doğuracağı gözlənilir. 

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu