Menyu

Hərbi kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

Nərmin Qocamanlı
Hərbi kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
1 dəq oxu

Abituriyentlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi kolleclərə sənəd qəbulunun vaxtı 2024-cü il iyunun 14-dək uzadılıb.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, sənəd qəbulu Cəmşid Naxçıvanski adına Hərbi Liseydə həyata keçirilir.

Ətraflı məlumat əldə etmək üçün mmu.edu.az saytına müraciət edə və ya *0811 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqəli Xəbərlər