http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

AZAL Sofiyaya ilk reysini yerinə yetirib

07 İyun 2024 , 18:13
AZAL Sofiyaya ilk reysini yerinə yetirib

7 iyun 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 7-də Bolqarıstanın paytaxtı Sofiya şəhərinə ilk reysini həyata keçirib.

AZAL-dan "Operativ Media"ya verilən məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin ilk reysinin gəlişi münasibətilə Sofiya Beynəlxalq Hava Limanında rəsmi tədbir keçirilib. Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, “SOF Connect” şirkətinin baş direktoru Hesus Kabalyero, aviaşirkətin Satış və əməkdaşlıq idarəsinin Avropa regionu üzrə nümayəndəsi Kamran Qacar, eləcə də rəsmi qonaqlar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycan və Bolqarıstan arasında birbaşa uçuşların açılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, reyslərin yerinə yetirilməsi zəngin tarixə malik iki ölkə arasında turizmin inkişafı və mədəni mübadilə üçün yeni imkanlar yaradacaq.

Bakı-Sofiya-Bakı marşrutu üzrə uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Bolqarıstanın paytaxtı və ən böyük şəhəri olan Sofiya zəngin tarixi və mədəni görməli yerləri ilə turistləri cəlb edir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

 

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu