http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Masallının baş həkimi rüşvət alarkən cinayət başında yaxalanıb

28 Dekabr 2022 , 16:01
Masallının baş həkimi rüşvət alarkən cinayət başında yaxalanıb

Vətəndaşdan rüşvət alan baş həkim barəsində cinayət işi başlanmışdır

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış fəaliyyəti çərçivəsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyev Eşqin Əlirza oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanmışdır.

Əməliyyat tədbirləri ilə Eşqin Əliyevin cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də qeyd edilən tibb müəssisəsində şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün əhəmiyyət kəsb edə biləcək sübutlar aşkar edilərək götürülmüşdür.

Qeyd edilənlərlə bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında Eşqin Əliyev həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq)  və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilmişdir. 

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XƏBƏR LENTİ
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
Menyu