http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Korrupsiya əməllərinə yol vermiş vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

28 Dekabr 2022 , 18:15
Korrupsiya əməllərinə yol vermiş vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə vətəndaşlardan rüşvət alan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Adilov Zaur Sefi oğlu və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əliyev Əjdər Nəsib oğlunun qanunsuz əməlləri ifşa edilmişdir.

Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, həyata keçirilmiş operativ əməliyyat tədbirləri nəticəsində cari ilin dekabr ayında Zaur Adilov və Əjdər Əliyevin qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlamasının keçirilməməsi müqabilində külli miqdarda rüşvət istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən xüsusatlar üzrə Zaur Adilovun, habelə həmin pul vəsaitlərinin bir hissəsini vətəndaşdan alarkən cinayət başında yaxalanmış Əjdər Əliyevin üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülmüşdür.

Bununla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında adı çəkilən vəzifəli şəxslər həmin Məcəllənin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü ( külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XƏBƏR LENTİ
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
Menyu