Menyu

İran 4 "Airbus" təyyarəsi alıb

Nərmin Qocamanlı
İran 4 "Airbus" təyyarəsi alıb

İran mətbuatında 4 ədəd “Airbus” təyyarəsinin gətirildiyi xəbərindən sonra səlahiyyətlilər alışı təsdiqləyiblər.

"Operativ Media" İSNA-ya istinadən xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının direktor müavini Həsən Huşu təyyarənin idxalını təsdiqləyib.

"Fransada istehsal edilən Airbus 340 tipli təyyarələr bu yaxınlarda ölkəyə gəldi " dedi Huşhu bildirib.

Qeyd edək ki, ABŞ-ın 6 avqust 2018-ci ildə qüvvəyə minən sanksiyalar səbəbindən İran sərnişin təyyarələri və təyyarə hissələrini idxal edə bilmir.

İran Hava Yolları Şirkətləri Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əli Rıza Berhor , 2021-ci ilin dekabrında təyyarələrin yarıdan çoxunun sanksiyalara görə təmir edilə bilmədiyi üçün uça bilməyəcəyini açıqlamışdı.

Ölkədə təyyarələrin nasazlığı səbəbindən reyslər tez-tez ləğv edilir və uçuşlarda gecikmələr olur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər