Xətaidən Cəfər Cabbarlı stansiyasına gedən qatarda nasazlıq yaranıb

Nərmin Qocamanlı
Xətaidən Cəfər Cabbarlı stansiyasına gedən qatarda nasazlıq yaranıb

“Bakı Metropoliteni” QSC-nin "Şah İsmayıl Xətai" və "Cəfər Cabbarlı" stansiyaları arasında hərəkət edən qatarın maşinistinin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb.

Qurumdan "Operativ Media"ya verilən məlumata görə, təlimata uyğun olaraq maşinist qatarı dərhal saxlayıb, ona texniki baxış keçirib, amma hər hansı problem aşkar edilməyib. Bununla belə, qaydalara uyğun olaraq qatar texniki baxış üçün təyin olunmuş zonaya çıxarılıb.

Maşinist qatarı tuneldə 3 dəqiqəyə yaxın saxlamaq məcburiyyətində qalıb. Sözügedən xətdə qatarlar məkik (o baş-bu baş) prinsipi ilə hərəkət etdiyinə görə, hərəkətin təşkili ilə bağlı problem yaşanmayıb. Sərnişinlərin təhlükəsizliyi tam təmin edilib.

***

Metronun Xətai stansiyasından Cəfər Cabbarlı stansiyasına gedən qatar nasazlıq səbəbindən tuneldə dayanıb. Sərnişinlər "Operativ Media"ya bildiriblər ki, qatar tuneldə təqribən 15 dəqiqə hərəkət etməyib. Daha sonra qatar geri hərəkət edərək sərnişinləri yenidən Xətai stansiyasına qaytarıb.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Digər xəbərlər