http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Şirvanda axtarışda olan köhnə məhkum üzərində narkotik vasitə ilə yaxalanıb

29 Dekabr 2022 , 11:44
Şirvanda axtarışda olan köhnə məhkum üzərində narkotik vasitə ilə yaxalanıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-ü (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə; zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Məlikov saxlanılıb.  


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, saxlanılan zaman həmin şəxsdən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.


Bundan əlavə, keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə  M.Məlikovun qardaşı Zahir Məlikov da narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Bu zaman onun üzərində istehlak miqdarından artıq narkotik vasitə olan heroin götürülüb. 


Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu