Energetika naziri Pərviz Şahbazov gələn ilin yanvarın 27-də Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.
"Operativ Media"ya Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan etibarən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 18/a) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected]elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.