29 Dekabr 2022, 23:39
Gürcüstan şərabının tanıdılmasına 5 milyon dollar xərclənəcək

2023-cü ildə Gürcüstan şərabın təbliği üçün 14 milyon lari (5,1 milyon dollar) xərcləməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bunu Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Otar Şamuqia bildirib.
"Gələn il gürcü şərabının dünyanın bir çox ölkələrində tanıdılması üçün təkcə büdcədən 14 milyon lari xərclənəcək. Biz Cənubi Koreyada bu istiqamətdə aktiv fəaliyyətə başlayırıq"-deyə o əlavə edib.
Gürcüstan Milli Şərab Agentliyinin məlumatına görə, 2022-ci ilin 11 ayında Gürcüstandan 91,4 milyon litr şərab ixrac edilib.