Binəqədidə elektronika mağazasından oğurluq edilib
Nərmin Qocamanlı
Binəqədi rayonu ərazisindəki mağazaların birindən 5300 manat dəyərində 3 ədəd noutbuk və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Nurlan Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.