Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak uzun müddətdir ərzaq böhranı ilə mübarizə aparan Somaliyə 25 min ton buğda göndərdiklərini bildirib.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak verdiyi yazılı açıqlamada qida probleminə qarşı Somalini dəstəklədiklərini bildirib.
Kənd təsərrüfatı proqramı çərçivəsində Somaliyə göndərilən 25 min ton buğdanın Berbera limanına çatdığını qeyd edən Yermak, "Bu, Ukraynanın aclıqdan ölmək üzrə olan Afrika xalqına etdiyi yardımdır" deyə qeyd edib.
Açıqlamada Dünya Ərzaq Proqramı (WFP) ilə əməkdaşlıq çərçivəsində göndərilən buğdanın logistik dəstəyinin Finlandiya, Yaponiya və Fransa tərəfindən qarşılandığı paylaşılıb.
Qeyd edək ki, Ukrayna sentyabr ayında Somali və Efiopiyaya 50 min ton buğda dəstəyi verib.






