Bayram günlərində milli parklarda “açıq qapı” günü keçiriləcək

Nərmin Qocamanlı
Bayram günlərində milli parklarda “açıq qapı” günü keçiriləcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar 31 dekabr – 4 yanvar tarixlərində Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Media"ya bildirib ki, ziyarətçilər tətil günlərində ölkənin müxtəlif bölgələrində yerləşən milli parklara səfər etməklə fərqli relyefə və landşafta malik ekoturizm marşrutları ilə hərəkət edə və səmərəli gün keçirə bilərlər.

 

 

Digər xəbərlər