Bayram günlərində polis gücləndirilmiş iş rejmində işləyəcək
Nərmin Qocamanlı
Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının keçiriləcəyi günlərdə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, rahat və maneəsiz istirahət etmələri, eləcə də onların bayram ovqatlarının pozulmaması üçün Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcəklər.
DİN-in Mətbuat Xidmətidən "Operativ Media"ya verilən məlumata görə, həmin günlərdə polis əməkdaşları ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri məkanlarda, xüsusən bayram tədbirlərinin keçiriləcəyi ərazilərdə təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədilə zəruri olan tədbirləri həyata keçirəcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net