Menyu

İşğaldan azad olunmuş ərazilərdə 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Nərmin Qocamanlı
İşğaldan azad olunmuş ərazilərdə  41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə illik məlumat yayıb.

ANAMA-dan "Operativ Media"ya verilən xəbərə görə, bu ilin yanvar-dekabr ayı ərzində Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə isə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Beləliklə, 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər