Filippində güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 49-a yüksəlib.
"Operativ Media" CNN-nə istinadən xəbər verir ki, açıqlamaya görə, daşqınlarda 49 nəfər ölüb, 16 nəfər yaralanıb; 22 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Açıqlamaya görə, can itkisi və yaralananların çoxu Şimali Mindanaoda baş verib, ölkənin 34 əyaləti və ən azı 10 bölgəsi güclü yağışların səbəb olduğu daşqınlardan zərər çəkib.
Açıqlamada 553 min 983 nəfərin daşqınlardan zərər çəkdiyi və 51 min 456 nəfərin məcburi köçkün olduğu, 10 min 147 nəfərin isə hələ də təxliyə mərkəzlərində olduğu bildirilib.
Hər il tayfun və tufan kimi orta hesabla 20 fəlakətlə üzləşən Filippin təbii fəlakətlərdən ən çox əziyyət çəkən ölkələrdən biridir.






