01 Yanvar 2023, 22:30
Uqandada Yeni İl gecəsi izhdihamda 10 nəfər ölüb

Uqandanın paytaxtı Kampalada Yeni il şənliyi zamanı izdihamda 10 nəfər ölüb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, dünən axşam bir ticarət mərkəzində Yeni il şənlikləri keçirilib.
Şənlik çərçivəsində gecə yarısı musiqi şousu zamanı aparıcı iştirakçıları çöldə atəşfəşanlığa baxmağa təşviq edib.
İştirakçılar şounu izləmək üçün hərəkətə keçərkən izdiham yaranıb.
İzdihamda 10 nəfərin həyatını itirdiyi, çox sayda yaralının olduğu bildirilir.