İsmayıllıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Nərmin Qocamanlı
İsmayıllıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb. "VAZ-21099" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ" -ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər