Bayram günlərində yol qəzalarında 10 nəfər ölüb

Nərmin Qocamanlı
Bayram günlərində yol qəzalarında 10 nəfər ölüb

Ötən il dekabrın 31-də və cari il yanvarın 1-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Axtarışda olduğuna görə ümumilikdə 23, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.  
 
Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Digər xəbərlər