02 Yanvar 2023, 12:12
Bayram günlərində polisin çevik müdaxiləsilə 176 faktın hadisəyə çevrilməsinin qarşısı alınıb
Respublikamızda bayram günlərində - 31 dekabr və 1 yanvar tarixlərində DİN-in “102 Zəng Mərkəzi”nə vətəndaşlardan – jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən daxil olan 176 məlumat üzrə polis əməkdaşları çevik müdaxilə ediblər.
Vaxtında edilən hüquqi müdaxilə nəticəsində faktların hadisə çevrilməsinin qarşısı alınıb. Əsasən sərxoş vəziyyətdə ictimai qaydaya və ictimai təhlükəsizliyə xələl gətirən şəxslər əməllərindən çəkindirilib, onlar barəsində həbs növündə olmayan digər profilaktik tədbirlər görülüb.
Qeyd olunanları nəzərə alaraq, təhlükəsizliyi həyat tərzinə çevirən, vaxtında məlumatlandırmanı təmin edən vətəndaşlarımıza minnətdarlıq edirik. Daxili İşlər Orqanlarının əməkdaşları fasiləsiz xidmətini davam etdirir.