Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da Səbail rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən V.Kotlyar saxlanılıb.
DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla onun ötən il dekabrın 27-də N.Cəfərovaya məxsus içərisində 3200 manat və 400 ABŞ dolları olan pulqabısını oğurlaması da müəyyən olunub.






