Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Yanvarın 2-də ölkə ərazisində qeydə alınan 25,  əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ağxtarışda olduğuna görə ümumilikdə 9, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.     

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Digər xəbərlər