09 İyul 2024, 10:29
"Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi ilə gücləndi
"Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi ilə gücləndi şəkil
"Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi ilə gücləndi

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bernardo Oliveira Dias “Benny” 2024-2025-ci il mövsümünü “qırmızı-ağlar”ın heyətində keçirəcək.

27 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində “Uniao Torreense”nin formasını geyinib. Benny buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib. 

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.

Son xəbərlər
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan və Ermənistanla danışıqlar əhəmiyyətlidir
21 Mart 2025, 16:48
Son iki gündə Bakıdan bölgələrə 28 minə yaxın sərnişin daşınıb
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq
Kobaxidze azərbaycanlıları təbrik edib
"Barselona"nın müdafiəçisi zədələndi
Putin İlham Əliyevi təbrik edib
Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib