Menyu

"Qarabağ"ın qapıçısı Yunanıstan klubuna keçdi

Əziz Əzizli
"Qarabağ"ın qapıçısı Yunanıstan klubuna keçdi
1 dəq oxu

Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili “Qarabağ”ı tərk edib.

"Operativ Media" xəbər verir ki, 25 yaşlı qolkiper Yunanıstanın “Panserraikos” komandasına keçib.

Məlumatı klubun rəsmi saytı yayıb.

Quqeşaşvili Superliqa təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən “Qarabağ”da çıxış edirdi.

Əlaqəli Xəbərlər