Menyu

Flik Tiaqo Alkantaraya "Barselona"nın məşqçilər korpusuna qoşulmağı təklif edib

Əziz Əzizli
Flik Tiaqo Alkantaraya "Barselona"nın məşqçilər korpusuna qoşulmağı təklif edib

İspaniyanın vitse-çempionu “Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik bu həftə futbolçu karyerasını başa vuran 33 yaşlı ispan Tiaqo Alkantaraya Kataloniya komandasının məşqçilər korpusuna daxil olmağı təklif edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Sport.es saytı məlumat yayıb.

Flik və Alkantara bu bazar ertəsi görüşüb və mümkün əməkdaşlığı müzakirə ediblər.

Flikin rəhbərliyi altında Alkantara 2019-2020 mövsümündə "Bavariya"da çıxış edib.

Çox güman ki, Alkantara təklifi qəbul edib məşqçilik karyerasına başlayacaq.

Alkantara yeddiqat Almaniya çempionu, dördqat İspaniya çempionu, ikiqat Çempionlar Liqasının çempionu, ikiqat klublararası dünya çempionatının qalibidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər