10 İyul 2024, 10:56
"Sabah"ın yeni transferi: "Mənim üçün yeni çağırışdır - yeni liqa, yeni oyunçular"
"Sabah"ın yeni transferi: "Mənim üçün yeni çağırışdır - yeni liqa, yeni oyunçular" şəkil
"Sabah"ın yeni transferi: "Mənim üçün yeni çağırışdır - yeni liqa, yeni oyunçular"

"Sabah”ın yeni transferi Pavol Şafranko klubun saytına açıqlama verib.

"Operativ Media" xəbər verir ki, o, "Sabah"da olmaqdan xoşbəxt olduğunu bildirib.

Slovakiyalı hücumçu paytaxt təmsilçisinə keçidindən danışıb: “Burada olmaqdan xoşbəxtəm. Mənimçün yeni çağırışdır – yeni liqa, yeni oyunçular. Əsas hədəfim bu komanda ilə uğur qazanmaqdır. Düzünü desəm, mümkün qədər çox qol vuraraq komandama faydalı olmaq istəyirəm. Yeni komandamda mümkün olduğu qədər yüksək yerlərdə olmaq istəyirəm”.

Şafranko futbola gəlişindən və bəyəndiyi oyunçudan söz açıb: “Peşəkar futbolçu olmağımda qardaşımın böyük rolu var. Məşhurlardan güclü xarakteri və çalışqanlığı ilə ən çox bəyəndiyim oyunçu Kriştianou Ronaldodur”.

Forvard fanatlara müraciət edib: “Azarkeşlərimizə demək istərdim ki, stadiona gəlsinlər və dəstək olsunlar. Mən və komanda yoldaşlarım yaxşı nəticələr üçün əlimizdən gələni edəcəyik”.

Son xəbərlər
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün Azərbaycanda 13 mindən çox ağac əkilib
Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iştirak edəcək
Qar uçqununa düşən hərbçilərin nəşləri tapılıb
21 Mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək
Fernandu Santuş: "Sabahkı matç bizim üçün çox vacibdir"
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan və Ermənistanla danışıqlar əhəmiyyətlidir
21 Mart 2025, 16:48