http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Araz-Naxçıvan" sabiq "Qəbələ"lini transfer etdi

10 İyul 2024 , 12:36
"Araz-Naxçıvan" sabiq "Qəbələ"lini transfer etdi

Təlim-məşq toplanışının ikinci mərhələsini reallaşdırmaq üçün bu gün Türkiyəyə yola düşən “Araz-Naxçıvan” heyətini də komplekləşdirmək istiqamətində çalışmalarını davam etdirir.

"Operativ Media" xəbər verir ki, Naxçıvan təmsilçisinin növbəti transferi Felipe Santosdur. Braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 27 yaşlı futbolçu “qırmızı-ağlar”ın düşərgəsinə Erzurumda qoşulacaq. 

Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipe Santosun son klubu İsrail “Hapoel Hayfa” olub. Karyerasına vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə yolunu Sloveniya çempionatına salan Santos əvvəlcə “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb. O, “Maribor”dan sonra Azərbaycana gəlib. “Şamaxı”nın formasını geyinib, sonra “Qəbələ”nin qələbələri üçün çalışıb. 

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benny, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.

OXŞAR XƏBƏRLƏR
“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

Siyasət Əsgərov: "Rəqiblərin arasında ən güclüsü bizə düşdü"

Siyasət Əsgərov: "Rəqiblərin arasında ən güclüsü bizə düşdü"

"Sumqayıt" - "Fehervar" oyunu albaniyalı hakimlərə tapşırıldı

"Sumqayıt" - "Fehervar" oyunu albaniyalı hakimlərə tapşırıldı

XƏBƏR LENTİ
  • 21:01

    Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
  • 20:57

    Şuşada II Qlobal Media Forum keçiriləcək
  • 20:54

    “ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib
  • 20:46

    Təmirsiz mənzilə görə “komendant” pulu ödənməlidir?
  • 20:42

    KTMT baş katibi: Regional təşkilatlar yeni təhlükəsizlik mexanizmləri yaratmağa qadirdir
  • 20:19

    Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib
    Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib
  • 20:07

    II ixtisas qrupu üzrə bir nəfər maksimum bal toplayıb
  • 19:54

    Dövlət-biznes formatında texnologiya və innovasiyalar sahəsində əməkdaşlıq müzakirə olunub
Menyu