03 Yanvar 2023, 17:15
Müqəddəs Məryəm kilsəsi qarət olunub
Müqəddəs Məryəm kilsəsi qarət olunub şəkil
Müqəddəs Məryəm kilsəsi qarət olunub

Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsində yerləşən Martvili şəhərində Müqəddəs Məryəm kilsəsi qarət edilib.

"Operativ Media" xəbər verir ki, məbədə pəncərədən daxil olan oğrular əsas ikonanı, gümüş şamdanları və ianə qutusundan xeyli pul aparıblar.

Hazırda faktla bağla araşdırma aparılır, cinayət törədən şəxslərin tapılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, ötən il noyabrın 25-də Gürcüstanı şoka salan hadisə baş vermişdi. Belə ki, iki nəfər Xaşuri bələdiyyəsinin Tsxramuxa kəndində monastıra girərək yaşlı rahibəyə hücum edib. Qadını hədələyərək ondan pul və qızıl-zinət əşyaları tələb ediblər.

Cinayətkarlar onların tələbini yerinə yetirməyən rahibəni döyüb, sonra zorlayıblar. Ardınca ianə qutularını oğurlayaraq hadisə yerindən qaçıblar.

Son xəbərlər
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək
9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - YENİLƏNİB