http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında çalışacaq

10 İyul 2024 , 19:52
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında çalışacaq

Azərbaycan Basketbol Federasiyası (ABF) rəyasət heyətinin qəbul etdiyi qərara əsasən, türkiyəli basketbol meneceri Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.

"Operativ Media" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla iki illik müqavilə imzalanıb. Müqaviləyə əsasən Turqay Zeytingöz, aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastrukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaqdır. 

2021-2023-cü illərdə son iş yeri olan Türkiyənin “Qalatasaray” basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsində çalışmış Turqay Zeytingözün karyerasında daha əvvəl aşağıdakı fəaliyyətlər də olmuşdur:

2011-2017-ci illərdə Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə bir dəfə Avropa çempionluğu, iki dəfə isə Avropa üçüncülüyü mükafatlarını qazanıb. O həm də, 2010-cu ildən etibarən “Banvit” basketbol klubunda da idman direktoru olaraq fəaliyyətini davam etdirib. O, 10 il davam edən “Banvit” karyerasında, türk basketboluna saysız-hesabsız gənc istedadlar yetişdirilməsində də böyük rol oynamışdır. “Banvit”in ikinci komandası “Bandırma Kırmızı” ilə ikinci liqada çempionluq (2011), “Banvit” ilə isə Basketbol Çempionlar Liqası finalı (2017), Türkiyə kuboku çempionluğu (2017) və Türkiyə çempionatında final (2013) uğurlarını əldə edib.

OXŞAR XƏBƏRLƏR
AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı

AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı

AFFA "İrəvan"ı bütün yarışlardan uzaqlaşdırdı

AFFA "İrəvan"ı bütün yarışlardan uzaqlaşdırdı

Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi məlum olub

Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi məlum olub

XƏBƏR LENTİ
  • 21:04

    Pentaqon Rusiya ərazisinə hücuma icazə verə bilər
  • 21:00

    AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı
  • 20:49

    Çexiya Prezidenti: Ukraynanın qalan ərazilərini qoruyub saxlaması uğur olacaq
  • 20:34

    Pentaqon rəhbəri rusiyalı həmkarı ilə telefonla danışıb
  • 20:19

    Bild: Almaniya NATO qoşunlarını şərqə köçürmək üçün gizli plan hazırlayıb
  • 20:04

    İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB
    İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB
  • 19:54

    Finlandiya hökuməti gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı qərar verəcək
  • 19:39

    Moskva Seuldan KXDR sərhədləri yaxınlığında hərbi təlimləri dayandırmağı tələb edib
Menyu