http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Siyasət Əsgərov: "Bundan öncə bir dəfə tarix yazmışıq"

11 İyul 2024 , 11:40
Siyasət Əsgərov: "Bundan öncə bir dəfə tarix yazmışıq"

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində sabah “Liv Bona Dea Arena”da Macarıstan yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

"Operativ Media" xəbər verir ki, çalışdırıcı AFFA-nın rəsmi saytına açıqlamasında matça hazır olduqlarını söyləyib: “Sabah çox vacib oyuna çıxacağıq. Bundan öncə bir dəfə tarix yazmışıq. Pley-off mərhələsinə vəsiqə qazana biləriksə, Azərbaycanın qadın futbolu adına daha bir tarix yazmaq istəyirik. Məqsədimiz bunu reallaşdırmaqdır. Rəqibin çox keyfiyyətli futbolçulardan təşkil olunduğunu bilirik. Hazırlığımızı da buna uyğun görürük. Təəssüf ki, iki oyunçumuz – Manə Mollayeva və Peritan Bozdağ cəzalı duruma düşdükləri üçün matçda iştirak edə bilməyəcəklər. Eyni zamanda Aysun Seydiyevanın əməliyyat olunması planlarımıza təsir etdi. Buna baxmayaraq, milliyə çağırılan futbolçular komanda yoldaşlarının boşluqlarını dolduracaq gücdədirlər. Öz meydanımızda keçirəcəyimiz qarşılaşmada qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, B liqasının V turu çərçivəsində keçiriləcək Azərbaycan – Macarıstan görüşü saat 20:00-da başlayacaq. Millimiz seçmə mərhələnin son turunda iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq

OXŞAR XƏBƏRLƏR
"Şamaxı" yeni transfer etdiyi futbolçuyla yollarını ayırdı

"Şamaxı" yeni transfer etdiyi futbolçuyla yollarını ayırdı

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

Siyasət Əsgərov: "Rəqiblərin arasında ən güclüsü bizə düşdü"

Siyasət Əsgərov: "Rəqiblərin arasında ən güclüsü bizə düşdü"

XƏBƏR LENTİ
  • 23:33

    Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb
  • 23:11

    Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub
  • 22:58

    Pentaqon: Qərbin Kiyevə yardımının dayandırılması Rusiyanın qələbəsinə gətirib çıxaracaq
  • 22:51

    "Şamaxı" yeni transfer etdiyi futbolçuyla yollarını ayırdı
  • 22:43

    Blinken gələn həftə Vanq Yi ilə görüşə hazırlaşır
  • 22:29

    Rusiya XİN: KTMT-nin BMT əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri var
  • 22:14

    Ukrayna və Britaniya 2,5 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
  • 21:58

    Türkiyə Qəzzadakı hərəkətlərinə görə İsraili cəzalandırmağa çalışacaq
Menyu