Menyu

"Qəbələ" Futbol Akademiyası məşqçisi ilə yollarını ayırdı

Əziz Əzizli
"Qəbələ" Futbol Akademiyası məşqçisi ilə yollarını ayırdı
1 dəq oxu

"Qəbələ" Futbol Akademiyası məşqçi Zaur Haciyevlə yollarını ayırıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

2023-2024-cü illər mövsümündə U-19-a rəhbərlik edən mütəxəssis akademiyada fəaliyyət göstərdiyi uzun müddət ərzində müxtəlif yaş qrupları üzrə komandalarda çalışıb.

“Qırmızı-qaralar” Hacıyevin rəhbərliyi altında müxtəlif liqalarda mükafatçılar sırasında yer alıb. 

"Qəbələ" İdman Klubu Zaur Hacıyevə futbolçu və məşqçi kimi göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

Əlaqəli Xəbərlər