http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bəhlul Mustafazadə: "Məqsədimiz bu mərhələni keçməkdir"

11 İyul 2024 , 18:22
Bəhlul Mustafazadə: "Məqsədimiz bu mərhələni keçməkdir"

Avstriyada təşkil olunan təlim-məşq toplanışı plan üzrə keçir. Çox yaxşı şəkildə davam edən hazırlıq prosesinin ilk mərhələsini başa vurmuşuq”.

"Operativ Media" xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.

Müdafiəçi Ağdam klubun mətbuat xidmətinə açıqlamasında Avstriyada təşkil olunan təlim-məşq toplanışını dəyərləndirib: “Komandamızın daxilində əla əhval-ruhiyyə var. Hər kəs səylə hazırlıq keçir, məşqlərdə maksimumunu ortaya qoymağa çalışır”.

Mustafazadə “Kayzerslautern” (1:3) və Plzen “Viktoriya”sı (2:1) ilə yoxlama oyunlarının faydasını vurğulayıb: “Keçirdiyimiz iki yoxlama oyunu bizim üçün yaxşı sınaq oldu. Toplanış çərçivəsindəki ilk matçlar idi. Hər oyunçumuz 90 dəqiqə meydanda olmaq şansı qazandı. Bu, öz fiziki hazırlığımızı görmək baxımından faydalı oldu”.

Müdafiəçimiz Çempionlar Liqasının I təsnifat mərhələsinin “Hamrun Spartans” – “Linkoln” oyununa da (0:1) toxunub: “Əlbəttə, Çempionlar Liqasındakı mümkün rəqiblərimiz arasında ilk oyunda baş verənlərdən xəbərimiz var. “Linkoln” bizə tanış rəqibdir. Cavab oyunu keçirildikdən və rəqibimiz dəqiqləşdikdən sonra həmin komanda ilə bağlı analizlərə başlayacağıq. Məqsədimiz bu mərhələni keçməkdir. Ölkəmizi və klubumuzu ən yaxşı şəkildə təmsil etmək, azarkeşlərimizi həmişəki kimi sevindirmək üçün əlimizdən gələni ortaya qoyacağıq”.

Qeyd edək ki, “Qarabağ”ın toplanışı iyulun 17-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
"Zirə" Konfrans Liqasında Slovakiya komandası ilə qarşılaşacaq

"Zirə" Konfrans Liqasında Slovakiya komandası ilə qarşılaşacaq

AL: "Zirə" mübarizəni dayandırdı

AL: "Zirə" mübarizəni dayandırdı

Türkiyə Futbol Federasiyasına yeni prezident seçildi

Türkiyə Futbol Federasiyasına yeni prezident seçildi

XƏBƏR LENTİ
  • 23:36

    "Zirə" Konfrans Liqasında Slovakiya komandası ilə qarşılaşacaq
  • 23:28

    ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir
  • 23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • 23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • 22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • 22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • 22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • 22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
Menyu