Bu gün Avropa Liqasında 2024/25 mövsümünə start verilib.
"Operativ Media" xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” də ilk sınağına məhz bu gün çıxıb.
Azərbaycan təmsilçisi Moldovanın “Şerif” komandası ilə üz-üzə gəlib. Bu rəqiblə ilk oyun səfərdə baş tutub. Qəsəbə klubu Moldovadan sərfəli nəticə ilə qayıtmaq arzusuna çətinliklə də olsa, çatıb.
Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra “Dalğa Arena”da gerçəkləşəcək.