http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Rəşad Sadıqov: "İndiki “Şerif” əvvəlkindən zəif deyil"

11 İyul 2024 , 23:48
Rəşad Sadıqov: "İndiki “Şerif” əvvəlkindən zəif deyil"

"Zirə”nin baş məşqçisi Rəşad Sadlqov “Şerif”ə (Moldova) 1:0 hesabı ilə qalib gəldikləri Avroliqanın birinci təsnifat mərhələsinin oyununu şərh edib.

"Operativ Media" xəbər verir ki, Tiraspolda keçirilən oyundan sonra təşkil edilən mətbuat konfransında 42 yaşlı mütəxəssis bildirib ki, qələbəyə baxmayaraq, cütün taleyi barədə danışmaq tezdir: 

“Hər iki komanda üçün ağır oyun keçdi. Hesab edirəm ki, bu gün “Şerif” də qələbə qazana bilərdi. Biz yalnız birinci hissədə qələbə qazanmışıq, ikinci hissə isə Bakıda olacaq. Cavab oyunu daha məsuliyyətli və çətin olacaq. Komandalar həmin oyuna daha hazırlıqlı çıxacaqlar. Cütün qalibinin adına da məhz Bakıdakı oyunda aydınlıq gələcək”.

R.Sadıqov bu gün Moldovada havanın çox isti olduğunu və bunun da oyunlarına təsir etdiyi deyib. O deyib ki, bugünkü matçda fiziki baxımdan daha hazırlıqlı olan komanda qələbə qazanıb.

Moldovalı jurnalistin sualına cavab olaraq Sadıqov bildirib ki, hazırkı “Şerif”lə 2021-ci Madriddə “Real”ı məğlub edən (2:1) “Şerif” arasında müqayisə aparmaq doğru olmaz. O deyib ki, hazırkı komandanın o vaxtkı və indiki heyəti arasında fərq olsa da, indiki “Şerif” əvvəlkindən zəif deyil.

Xatırladaq ki, "Zirə" ilə "Şerif" arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
AL: "Zirə" mübarizəni dayandırdı

AL: "Zirə" mübarizəni dayandırdı

Türkiyə Futbol Federasiyasına yeni prezident seçildi

Türkiyə Futbol Federasiyasına yeni prezident seçildi

"Borussiya Dortmund" yeni hücumçu transfer etdi

"Borussiya Dortmund" yeni hücumçu transfer etdi

XƏBƏR LENTİ
  • 23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • 23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • 22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • 22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • 22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • 22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
  • 21:58

    İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - YENİLƏNİB
  • 21:46

    Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb
Menyu