Menyu

Dani Karvahal: "Hər gün Rodriyə deyirəm ki, "Real Madrid"lə müqavilə bağlasın"

Əziz Əzizli
Dani Karvahal: "Hər gün Rodriyə deyirəm ki, "Real Madrid"lə müqavilə bağlasın"
1 dəq oxu

"Real Madrid"in və İspaniya millisinin müdafiəçisi Dani Karvahal İspaniya millisinin müdafiə meyilli yarımmüdafiəçisi Rodrini "Real Madrid"ə keçməyə razı salmağa çalışdığını bildirib.

"Operativ Media" xəbər verir ki, COPE bu haqda məlumat paylaşıb.

“Hər gün Rodriyə deyirəm ki, “Real Madrid”lə müqavilə bağlasın. Hər gün ona deyirəm ki, "Mançester"i tərk etməlidir, çünki orada günəş yoxdur. Rodriyə deyirəm ki, ona ehtiyacımız var.

Cavab verir ki, müqaviləsi var. Lakin Rodri kral komandası üçün mükəmməl oyunçu olardı”.

Son klub mövsümündə Rodri 50 matçda iştirak edib, 9 qol vurub, 14 məhsuldar ötürmə edib. Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

Əlaqəli Xəbərlər