Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Yanvarın 3-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.  
 
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Digər xəbərlər