Hacıqabulda piyadanı vurub qaçan sürücü saxlanılıb
Nərmin Qocamanlı
Hacıqabul rayonunun Meyniman kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, dekabrın 3-də saat 22 radələrində rayon sakini, 1988-ci il təvəllüdlü Razi Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1980-cı il təvəllüdlü Bəxtiyar Rəsulovu vuraraq hadisə yerindən yayınıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə R.Ağayev məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net