"Neftçi" Super Liqa klubuna qalib gəldi
Əziz Əzizli
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirib.
"Operativ Media" xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda Türkiyə Superliqası təmsilçiləsi “Alanyaspor” ilə üz-üzə gəlib.
Matç "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt klubunun qollarını Höccət Haqverdi (14-cü dəqiqə), Emin Mahmudov (45) və Yuri Matias (64) vurublar.
Qeyd edək ki, "Neftçi” Türkiyədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net