15 İyul 2024, 09:55
Harri Keynin uğursuzluğu davam edir

İngiltərə millisinin və "Bavariya"nın 30 yaşlı hücumçusu Harri Keyn karyerasında bütün finalları uduzub.
"Operativ Media" xəbər verir ki, o, London "Tottenhem"i, İngiltərə millisi və "Bavariya" ilə heç bir titul qazanmayıb.
2015 - İngiltərə Liqa Kubokunun Finalı
2019 - Çempionlar Liqası Kubokunun Finalı
2021 - FA Liqa Kubokunun Finalı
2021 - Avro-2020 finalı
2023 - Almaniya Superkuboku
2024 - Avro-2024 finalı
İngilis Qaret Sautqeytin rəhbərlik etdiyi komanda ardıcıl ikinci dəfə Avropa çempionatının finalında meydana çıxıb. Üç il əvvəl ingilislər İtaliyaya, bu dəfə İspaniyaya uduzdular.