Yevlaxda itkin düşən şəxs axtarılır - FOTO
Nərmin Qocamanlı
Yevlax rayonunun Hacıselli kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşad Kərimov ötən ilin dekabr ayının 30-da idarə etdiyi “Niva” markalı avtomobillə yaşadığı ünvanı tərk edərək geri qayıtmayıb.
DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onun əlamətləri belədir: 172 sm boyu, gözlərini rəngi qəhvəyi, qısa qara saçlı orta bədən quruluşludur.
Əynində boz rəngli cins şalvar, göy və ağ rəngli köynək, qara rəngli qısa gödəkçə, ayağında göy rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan Yevlax Rayon Polis Şöbəsinin 022-336-45-02 və 050-682-21-02 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net