Menyu

Tomas Müller milli karyerasını bitirdi

Əziz Əzizli
Tomas Müller milli karyerasını bitirdi

AÇ-2024-də sinuncu dəfə Almaniya millisində çıxış edən 34 yaşlı Tomas Müller milli karyerasını bitirib.

"Operativ Media" xəbər verir ki, Tomas Müller Almaniya milli komandasından ayrıldığını belə açıqlayıb:

"131 milli matçdan və 14 ildən çox müddətdən sonra... Almaniya milli komandasından ayrılmaq qərarına gəldim. Azarkeşlərə və birlikdə çalışdığım hər kəsə təşəkkür edirəm".

Beləliklə, Tomas Müller sonuncu dəfə AÇ-2024-ün 1/4 finalında İspaniya - Almaniya matçında millinin formasını geyinib. Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan təcrübəli futbolçu 80-ci dəqiqədə oyuna qoşulub.

Almaniya millisində 131 dəfə çıxış edən Tomas Müller 45 qol vurub, 41 məhsuldar ötürmə edib.  Təcrübəli futbolçu Almaniya ilə 2014-cü il dünya çempionatında çempionluq sevincini yaşayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər