16 İyul 2024, 09:24
"Səbail" keniyalı hücumçu ilə vidalaşdı
"Səbail" keniyalı hücumçu ilə vidalaşdı şəkil
"Səbail" keniyalı hücumçu ilə vidalaşdı

Geridə qalan mövsümün ikinci yarısını “Səbail”də keçirən keniyalı hücumçu Ayub Masika cəmi 6 aylıq macəranın ardından Azərbaycan klubundan ayrılıb.

"Operativ Media" xəbər verir ki, Keniya millisinin 31 yaşlı hücumçusu bununla bağlı fikirlərini bölüşüb.

O, qısa müddətdə Azərbaycanda özünə dostlar qazandığını söyləyib: “Azərbaycanda mənim bir ailəm var. Bu da “Səbail” klubudur. Komanda yoldaşlarıma, məşqçilər korpusuna və oyunlarımıza gələn azarkeşlərə təşəkkürümü bildirirəm. Onlar bizi sona qədər dəstəklədilər. Buna görə hər birinə minnətdaram. Yenidən görüşməyi ümid edirəm. “Səbail”ə yeni mövsümdə uğurlar arzulayıram”.

Qeyd edək ki, Ayub Masika “Səbail”ə bu ilin əvvəlində Çinin “Nanjinq Siti” klubundan keçmişdi.

Son xəbərlər
Bu gün Torpaq çərşənbəsidir
Ağ Ev: Tramp Moskvaya sanksiya təzyiqi tətbiq etməyə hazırdır
Pentaqon Ukraynaya hərbi yardımın bərpa edilməsini təsdiqləyib
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlayan narkokartelin lideri məhv edilib
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro ayıracaq
ABŞ ordusu Yəməndə husilərə zərbə endirib
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub