Menyu

"Səbail" Türkiyə 1-ci liqası klubu ilə heç-heçə etdi

Əziz Əzizli
"Səbail" Türkiyə 1-ci liqası klubu ilə heç-heçə etdi
1 dəq oxu

2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” PFK Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyunun keçirib.

"Operativ Media" xəbər verir ki, "Səbail" Türkiyə 1-ci Liqası təmsilçisi “Erzurumspor”la qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb. “Dənizçilər”in heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.

Qeyd edək ki, “Səbail” PFK sabah axşam saatlarında vətənə yola düşəcək.

Əlaqəli Xəbərlər