Menyu

Mbappe: Peres dünyanın ən yaxşı prezidentidir

Əziz Əzizli
Mbappe: Peres dünyanın ən yaxşı prezidentidir
1 dəq oxu

Madrid "Real"ının yeni futbolçusu, Fransa millisinin 25 yaşlı hücumçusu Kilyan Mbappe kral klubunun prezidenti Florentino Peresə təşəkkür edib.

"Operativ Media" xəbər verir ki, o, bu haqda klubun rəsmi saytına danışıb.

“Peres mənim həyatımda çox vacib insandır. İlk gündən mənə və ailəmə kömək etdi. Ona ürəkdən təşəkkür edirəm. Onu xoşbəxt etmək üçün əlimdən gələni edəcəm. Peres dünyanın ən yaxşı prezidentidir. Qardaşlarımla “Real”ın bütün oyunlarına baxmışam. İndi növbə məndədir, mən “Madrid” oyunçusuyam. Mən həmişə buna nail ola biləcəyimi bilirdim”.

Mbappe "Real"la 5 illik müqavilə imzalayıb. O, 9 nömrəli forma ilə çıxış edəcək.

Əlaqəli Xəbərlər