Menyu

"Sabah" - "Makkabi" oyunu slovakiyalı hakimlərə tapşırıldı

Əziz Əzizli
"Sabah" - "Makkabi" oyunu slovakiyalı hakimlərə tapşırıldı
1 dəq oxu

"Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi”yə (Hayfa, İsrail) qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

"Operativ Media" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Slovakiyadan olan hakimlər briqadası ideaə edəcək.

Referi Peter Kraloviç olacaq. Ona yan xətt hakimləri qismində Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 1-də keçiriləcək “Sabah” - “Makkabi” oyunu saat 20:00-da başlayacaq.

Əlaqəli Xəbərlər