"Zirə” bu gün Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.
"Operativ Media" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Şerif”lə üz-üzə gəlib. Əsas və əlavə vaxtı “Şerif”in üstünlüyü ilə (1:2) bitdiyi üçün oyunun qalibi penaltilər seriyasında müəyyənləşib.
Son zərbələrdə daha dəqiq olan “Şerif” turu keçən tərəf olub.