Ana səhifə / İdman / Azərbaycan klublarının uğursuz olduğu 10-cu penaltilər seriyası Azərbaycan klublarının uğursuz olduğu 10-cu penaltilər seriyası 19.07.2024, 11:43 Əziz Əzizli Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində oyunsonrası penaltilər seriyasında Moldova “Şerif”inə məğlub olaraq turnirdə mübarizəni dayandırıb. "Operativ Media" xəbər verir ki, Azərbaycan təmsilçilərinin iştirakı ilə avrokuboklar tarixində 10-cu dəfə “lotereya”ya ehtiyac duyulub. Maraqlıdır ki, klublarımızın 10 cəhdinin hamısı uğursuzluqla nəticələnib. Azərbaycan klublarının avrokuboklarda penaltilər seriyası 1998/99 mövsümü, İntertoto kuboku “İnkaras” (Litva) – “Bakı Fəhləsi” – 1:0, 0:1 (pen. – 5:4) 2007/08 mövsümü, İntertoto kuboku “Bakı” – “Daçiya” (Moldova) – 1:1, 1:1 (pen. – 1:3) 2010/11 mövsümü, Çempionlar Liqası “İnter” – “Lex” (Polşa) – 0:1, 1:0 (pen. – 8:9) 2012/13 mövsümü, Avropa Liqası İnter – “Asteras Tripolis” (Yunanıstan) – 1:1, 1:1 (pen. – 2:4) 2014/15 mövsümü, Avropa Liqası “Elfsborq” (İsveç) – “İnter” – 0:1, 1:0 (pen. - 4:3) 2020/21 mövsümü, Avropa Liqası “Keşlə” – “Laçi” (Albaniya) – 0:0 (pen. – 4:5) 2020/21 mövsümü, Çempionlar Liqası “Qarabağ” – “Molde” (Norveç) – 0:0 (pen. – 5:6) 2022/23 mövsümü, Konfrans Liqası “Qarabağ” – “Gent” (Belçika) – 1:0, 0:1 (pen. – 3:5) 2023/24 mövsümü, Konfrans Liqası “Sabah” – “Partizan” (Serbiya) – 2:0, 0:2 (pen. – 4:5) 2024/25 mövsümü, Avropa Liqası “Şerif” (Moldova) – “Zirə” – 0:1, 2:1 (pen. – 5:4) Teqlər: "Az\u0259rbaycan klublar\u0131n\u0131n u\u011fursuz oldu\u011fu 10-cu penaltil\u0259r seriyas\u0131"